Gülay Zeynallı: “Anam məni o cins şalvara görə öldürürdü” - FOTO

Gülay Zeynallı: “Anam məni o cins şalvara görə öldürürdü” - FOTO

 

“Oxuduğum musiqi janrını əslində dəyişməmişəm. Sadəcə zövqlü geyinməyi, gözəl görünməyi sevən insanam. Belə olan halda görünüşümlə bərabər ifalarımla dəyişir”. 


Sfera.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 
 

Bir müddət əvvəl Türkiyənin pop ulduzu Hadisənin və Xalq artisti Aygün Kazımovanın geyindiyi “Balenciaga” markalı “oversize”, yan hissələri komuflyaj biçimli cins şalvarı bu dəfə müğənni sənətçinin də geyinməsi dəbkeşlər tərəfindən xeylah müzakirə olunmuşdu. 

 

Sənətçi bildirib ki, anası sözügedən cins şalvarı bəyənməyib: 
 

“Anam o cins şalvara görə məni öldürürdü. Ondan sonra o şalvarı geyinmədim. Atmışam bir kənara. Anam istəmir ki, geyimlərim haqqında nələrsə yazılsın. O şalvarın qiyməti elə də baha deyil. Normal qiymətədir. Hamı da onu alıb, geyinir”. 


“Qarderobunuzda elə bir geyim var ki, onu çox baha qiymətə almısınız, amma geyinmirsiniz?” sualına Gülay “Xeyr! Elə bir şey yoxdur. Əziyyət çəkib, pul qazanıb, özümüzə geyimlər alırıq. Əgər mən pul xərcləyib hansısa bir paltarı alıramsa, onu mütləq şəkildə də geyinməliyəm” cavabını verib. 
Qeyd edək ki, sözügedən dəbdəbəli şalvarın qiyməti 1390 avrodur (təxminən 2561 manat). 






OXŞAR XƏBƏRLƏR

“Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır

Dünyanın ən böyük şirniyyat şirkətlərindən biri olan “Haribo”d məhsullarında narkotik qalmaqalı yaşanıb. Sfera.az bildirir ki, bütün dünyada sa...

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...

"Dədə Qorqud"da avarçəkmə təlimi keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçir...

Buraxılış imtahanında 17 şagird 300 bal topladı - ADLAR

Aprelin 20-də keçirilən 9 illik buraxılış imtahanında 17 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.   Bu barədə Sfera.az-a D...

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...