82 yaşlı bu qadın plastik əməliyyat keçirmədiyini iddia edir - FOTO

82 yaşlı bu qadın plastik əməliyyat keçirmədiyini iddia edir - FOTO

“Pişik qadın” ləqəbli və uğursuz plastik əməliyyatların simvolu olan isveçrəli sosialist Jocelyn Windelstein (Coselin Vildenşteyn) İnstaqram sosial şəbəkəsində heç vaxt xarici görünüşünə müdaxilə etmədiyini, əksinə həmişə belə göz və oval üz formasına malik olduğunun sübutu olaraq, 15 yaşındakı fotosunu paylaşıb.
 

Qara və ağ şəkildə o, balet tələbəsi kimi yeniyetməlik illərindədir.
 

Sfera.az bildirir ki, medianın "Frankenşteynin gəlini" adlandırdığı qadın heç vaxt plastik əməliyyat keçirmədiyinə hər kəsi inandırmağa davam edir.
 

Jocelyn: “Budur, 15 yaşımda İsveçrədə balet dərsindəyəm - ona görə də bəlkə mənim imicimlə bağlı şaiyələri dayandırasınız! Xahiş edirəm dayandırın və şəkillərimin fotoşop olma yalanlarına son verin, çünki hamınız səhv edirsiniz. Tezliklə siz ekranda mənim əsl obrazımı görə biləcəksiniz”-başlığı ilə şəklini paylaşıb.

Açıklama yok.
Daim dəyişən üz cizgilərinə görə bir neçə dəfə uğursuz plastik əməliyyatlar keçirən Coselin milyonlarla izləyicisini heç vaxt cərrahın bıçağının altına düşmədiyinə inandırmağa davam edir. 2018-ci ildə DailyMailTV-yə açıqlamasında o heç vaxt, heç bir estetik əməliyyat keçirmədiyini söyləyib.

 

"Fotolarıma baxanda, təbii ki, düşünürəm ki, mən daha gözəl ola bilərdim. Gənc olanda müəyyən bir təravət var ki, illər keçdikcə itiririk. Amma yenə də eyni gözləri, eyni temperamenti görə bilərsiniz. Yanaq sümüklərim və ya eyni burnum. Düşünürəm ki, mən daha gözəl olmuşam”- deyə sosialist vurğulayıb.
 

55 yaşlı nişanlısı Lloyd Klein də onun dediklərini təsdiqləyərək, onun həmişə belə olduğunu iddia edir:


Açıklama yok.

O, heç vaxt üzünü dəyişmək üçün heç nə etməyib. Məndə 16 il əvvəl çəkilmiş şəkillərim var ki, o, indiki kimi görünür. Baxın, Coselin gözəldir, sehrlidir. Onunla ilk dəfə tanış olanda, demək olar ki, onun gözəlliyinə heyran olmuşdum; gözləri, şəxsiyyəti. Mən moda sahəsində işləyirəm və bütün bu supermodelləri görürəm. Podiumda ən gözəl qadınları görürəm, elə deyilmi?”
 

Bütün bu əminliklərə baxmayaraq, Windelstein tez-tez onun əsl yaşını gizlədən inanılmaz dərəcədə filtrli şəkillər yerləşdirir və özünü gənc qadına çevirir.


Açıklama yok.

Media onun milyarder əri Alek Vildenşteyni 30 il əvvəl sevindirmək üçün ilk əməliyyatını necə keçirdiyi ilə bağlı xəbərlərlə doludur. Kişi pişikləri çox sevirdi və onun xatirinə qadın gözlərinin formasını pişik formadına dəyişib. Sonra Coselin implantların köməyi ilə yanaq sümüklərini və çənəsini böyütdü, dodaqlarını "şişdirdi", sonra bir az əməliyyatları azaltdı. Bütün bu təcrübələr onun üzünü ürpədici formada dəyişib və “Pişik qadın” ləqəbindən əlavə, “Frankenşteynin gəlini” ləqəbini də alıb.

Açıklama yok.

Qeyd edək ki, Coselin 19 illik evliliyindən sonra həyat yoldaşı ilə ayrılıb. Boşanma zamanı ondan 2,5 milyard dollar təzminat alaraq, pulun çoxuny əməliyyatlara xərcləyib. 2018-ci ildə o, Trump World Tower-in 51-ci mərtəbəsində tək iqamətgahda birləşdirdiyi üç mənzildən birini 2 milyon dollara satıb. İndi isə Sosial Müdafiədən ayda 900 dollar alır.


Coselinin ki övladı var - 42 yaşlı qızı Diana və 41 yaşlı oğlu Alek.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...