Şakira Pikeyə aid daha bir mahnı buraxacaq - Tarix açıqlandı

Şakira Pikeyə aid daha bir mahnı buraxacaq - Tarix açıqlandı

Kolumbiyalı müğənni Şakira keçmiş sevgilisi Jerar Pikeyə daha bir intiqam mahnısı həsr edəcək.

 

Sfera.az bildirir ki, o, bu barədə İnstaqramda məlumat verib.
 

Şakira, Karol G ilə birlikdə "TQG" adlı yeni mahnısının 24 fevral 2023-cü il cümə günü yayımlanacağını təsdiqləyib.
 

Qeyd edək ki, bu il yanvarın əvvəlində müğənni keçmiş ispan futbolçusu Pikedən qisas almaqdan bəhs edən “Te Felicito” adlı mahnısını yayımlayıb və mahnıda yeni sevgilisi Klara Çia Martinə də eyham vurub. Sənətçinin "Te Felicito" hiti hal-hazırda YouTube-da 347 milyon baxış toplayıb.


Sənətçilərin birgə treklərini elan etdikləri fotoda daş dövrü ansambllarda pozalar verirlər.

Açıklama yok.

Cütlük İnstaqram səhifələrində eyni paylaşımlar edərək pərəstişkarlarına "Bunu gözlədiyinizi bilirik və biz buradayıq. @KarolG x @Shakira TQG 24 fevral saat 00:00"- yazıb.
 

Daha əvvəl bildirilmişdi ki, Şakira yeni trekini fevralın 2-də, Pike ilə ad günlərini qeyd etdiyi gün təqdim edəcək. Lakin naməlum səbəblərdən premyera üç həftə təxirə salınıb.

Xatırladaq ki, Şakira və Gerard Pike 12 illik münasibətdən sonra 2022-ci ilin yayında ayrılıblar. İki övladları var, lakin rəsmi olaraq evlənməyiblər. Boşanmağa səbəb isə futbolçunun çoxsaylı xəyanətləri olub.
 

Xatırladaq ki, ötən günlərdə Pike və yeni sevgilisi Şakiranın pərəstişkarı tərəfindən restoranından qovulub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...