Rihanna gələcək planlarını AÇIQLADI

Rihanna gələcək planlarını AÇIQLADI

Rihanna yeddi illik fasilədən sonra növbəti albomunu 2023-cü ildə çıxarmaq istədiyini açıqlayıb.
 

Onun son albomu Anti 2016-cı ildə çıxıb və böyük uğur qazanıb.
 

Sfera.az bildirir ki, Rihanna gələcək planları haqqında “Vogue” jurnalına danışıb. Müğənni bildirib ki, onun növbəti mahnılarını daha yaxşı etmək üçün təzyiqlər var.
 

"Mən istəyirəm ki, albom bu il olsun. Düzünü desəm, bu il olmasaydı, gülməli olardı. Amma mən əylənmək də istəyirəm. Sadəcə, musiqi yazıb klip çəkdirmək istəyirəm"- ulduz deyib. "Amma üzərimdə təzyiqlər də var. Əgər bundan yaxşı olmayacaqsa, deməli, buna dəyməz".
 

Rihanna qeyd edib ki, onun işi "düzgün, mükəmməl və ən yaxşı" olana qədər gözləməyə hazır deyil.
 

"Ona görə də oynamaq istəyirəm. Oynamaqla demək istəyirəm ki, beynimdə ideyalar var, amma hələ ki, onları yüksək səslə deyə bilmirəm"- deyə müğənni paylaşıb.
 

Xatırladaq ki, müğənni və milyarder iş qadını Rihanna bazar günü “Super Bowl”da əsl sensasiyaya çevrilmişdi. Bu, təkcə onun son beş ildə ilk çıxışına deyil, həm də ilk övladının doğulmasından cəmi doqquz ay sonra ikinci hamiləliyin elan edilməsinə aid olub.
 

Ulduz ikinci hamiləliyini çox məharət və diqqətlə gizlədib. Hətta onun 280 rəqqasəsinin ifadan əvvəl davamlı məşqlər zamanı sənətçinin hamiləliyindən xəbəri olmayıb. Onlar Rihannanın sadəcə səhnəyə çıxdığı anda hamilə olduğunu görüb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR