Logo

Vasif bu görüntüsünə görə tənqid edildi

Vasif bu görüntüsünə görə tənqid edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əməkdar artist Vasif Məhərrəmli tənqid edilən videosundan danışıb.

Sfera.az axşam.az-a istinadən bildirir ki, müğənni instaqramda Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım toplanılan məkandan video yayımlayıb. Görüntüdə Vasifin bir şəxsi itələdiyi əks olunub.

Sənətçi "7 canlı" verilişində bildirib ki, buna görə onu sosial şəbəkədə tənqid atəşinə tutublar:

"İrad tuturlar ki, orada kimisə itələmişəm. İtələdiyim şəxs də ailəmin sürücüsüdür. Ay "klaviatura" qəhrəmanları, bəlkə bu günə kimi kiməsə bir stəkan su verməmisiniz. Nanəciblər, niyə belə edirsiniz? Niyə insanları yolundan döndərirsiniz? Niyə mərdi qova-qova namərd edirsiniz".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR