Azərbaycanlı rəssamın əsərləri Londonda

Azərbaycanlı rəssamın əsərləri Londonda

 


Londonda Britaniya Kral Cəmiyyəti nəzdində fəaliyyət göstərən rəssamlar birliyində dəniz mövzusuna həsr olunan sərgi açılıb.

Sfera.az AzərTac-a istinadən xəbər verir ki, sərgidə azərbaycanlı rəssam Cəsar Məmmədovun Xəzər dənizinə həsr olunmuş iki sənət əsəri də yer alıb.

 

Londonun məşhur "MALL” qalereya salonlarından birində keçirilən sərgi "Royal Union” Rəssamlar Birliyinin 50 illiyinə həsr olunub. Sərgidə məşhur fırça ustalarının 400-dək əl işi nümayiş edilir. Əsərlərin hər biri rəssamların dəniz mövzusuna olan münasibətini əks etdirir.

 

Sərgi oktyabrın 8-dək davam edəcək.

 

Qeyd edək ki, gənc fırça ustası C.Məmmədovun sənət əsərləri indiyədək Sinqapur, Fransa, Rusiya, Portuqaliya, İspaniya və Türkiyədə keçirilən müxtəlif sərgilərdə nümayiş edilib. Hazırda onun bir sıra əsərləri dünyanın bir çox qalereyalarında sərgilənir.

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...