Vəfat edən müğənninin xanımı: “Deyirdi ki, 33 yaşımda...” - VİDEO

Vəfat edən müğənninin xanımı: “Deyirdi ki, 33 yaşımda...” - VİDEO

Ötən ilin sonunda "Yeni Ulduz" mahnı yarışmasının məşhur iştirakçısı, müğənni Samir Cabbarov uzun sürən xəstəlikdən dünyasını dəyişib. 

 

Sfera.az  bizim.media-ya istinadən bildirir ki, mərhum ifaçının həyat yoldaşı, müğənni Oksana xanım yaxınlarını bir araya toplayıb, Samirin xatirə gecəsini keçirib. 

 

Oksana həyat yoldaşı ilə bağlı xatirələrini "Space maqazin" verilişi ilə bölüşərkən, göz yaşlarına boğulub: 

 

"Yaxşı ki, Samirdən qalan yüzlərlə səs və videogörüntülər var. Ağladığım zaman onun arxivinə baxıram. Elə bilirəm ki, bir anlıq və saniyəlik onunla qarşılaşıram. Onu eşidib, vizual olaraq gördüyüm üçün şükür edirəm. Təsəllimi onunla alıram. Bunlar olmasaydı, bəs necə olardı? Amma təsəlli heç nə vermir. Bir-birinə bağlı olan insanlar birdən qopanda... (ağlayır). On gün bundan öncə Samirin 33 yaşı olacaqdı. Sadəcə o yaşına bir ay bir günü çatmadı.

 

O cənnətə qovuşdu. Xəstə vaxtında günlərini sayırdı. Deyirdi ki, 33 yaşımda rəhmətə gedəcəyəm. Elə də oldu... Kaş ki, bunlar baş verməzdi. Onun 33 yaşını bir yerdə keçirərdik. Dörd divar arasında qalanda hisslərimi və fikirlərimi yalnız sosial şəbəkədə yazdıqlarımla çatdıra, bölüşə bilirəm. Bununla elə bilirəm ki, o, məni eşidir".

 

 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...