Afşin Azəri susdu, Əli Pomehr isə... - İranlı müğənnilərdən terrora reaksiya

Afşin Azəri susdu, Əli Pomehr isə... - İranlı müğənnilərdən terrora reaksiya

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın İrandakı  səfirliyinə silahlı hücum olub.

 

Sfera.az bildirir ki, bizim media-nın əməkdaşı hadisə ilə bağlı Azərbaycanda fəaliyyət göstərən və tez-tez efirlərimizdə görünən iranlı bəstəkar-müğənni Afşin Azəri və Əli Pomehr ilə əlaqə saxlayıb.

 

Afşinin meneceri Nevid açıqlamasında bildirib ki, baş verən hadisədən xəbərdardır.

 

Əli Pomehr isə əməkdaşımızla söhbətində bunları deyib:

 

"Törədilən terror aktı ilə bağlı çox pis olmuşam və narahatlıq keçirirəm. Hamı mənə zəng edib məsələ ilə bağlı münasibətimi öyrənmək istəyir. Hazırda mən də xəbərləri izləyirəm və bu məsələnin kimlər tərəfindən törədildiyini öyrənmək istəyirəm".

 

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.

 

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

 

Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...