Cavan Zeynallı xanımının ölümünü 20 gün gizlədib - VİDEO

Cavan Zeynallı xanımının ölümünü 20 gün gizlədib - VİDEO

"Həyat yoldaşım Röya xanım rəhmətə gedib. Mənə çox çətindir. Təzyiqi beyninə vurdu. Mənə dedi ki, iki gündür özümü yaxşı hiss edirəm, dərman içmirəm. Belə eksperiment eləmək düzgün deyil”.

 

Sfera.az yazır ki, bu sözləri "Səhər mərkəzi” proqramına Xalq artisti Cavan Zeynallı deyib.

 

Ötən günlərdə ömür yoldaşı dünyasını dəyişən Zeynallı onun xəstəlik prosesindən söz açıb:

 

"5 ay xəstəxanada olduq. Həkimlər dedi, 1 ay sonra oturacaqsan. Sonra dedilər danışığınız düzələcək. Gecələr qorxurdu deyə, onun yanında qalırdı. Gözləyirdik düzələcək. Dedilər, Türkiyəyə gedək. Orada da qiymətlər çox yüksəkdir. Gərək sponsor tapaq. Məndə də bu şeylər yoxdur. O birilər tapırlar, mən utanıram. Biz inandıq ki, yaxşı olacaq. 69 yaşında rəhmətə getdi”.

 

Sənətçi "Dedilər, depressiyaya düşmüsünüz” sualına "Sevimli, gözəl, ağıllı insan ölüb. Bəs, necə olmalıdır? Elə utancaq idi, istəmirdi ki, mahnılara yazılmış sözlərin ona aid olduğunu deyim. Mən isə fəxr edirdim”, - deyə, cavab verib.

 

C.Zeynallı qızının yanına köçəcəyi barədə şayiələri isə yalanlayıb:

 

"Yox, qızım Nataşanın yanına getməyəcəm. Onun əri generaldır. Onlar Finlandiyaya gediblər”.

 

Diqqət çəkən digər məqam isə Röya xanımın ölüm günü ilə bağlı olub. Zeynallı Xəzər TV-yə açıqlamasında həyat yoldaşının 40 mərasiminin 6 fevralda keçiriləcəyini deyib:

 

"Həyat yoldaşımın şəkillərindən qaçıram. Özümə deyirəm ki, daha olmayacaq! 6 fevralda 40 mərasimidir. Qusarda baş tutacaq”.

 

Bu məqamda məlum olur ki, C.Zeynallının həyat yoldaşı 29 dekabr 2022-ci ildə vəfat edib. Lakin, o, naməlum səbəbdən Röya xanımın ölümünü gizlədib, hətta 15 yanvar 2023-cü ildə açıqlamasında həyat yoldaşının sinir iflici keçirdiyini, xəstəxanada müalicə aldığını bildirmişdi. 16 yanvarda isə yerli mediada onun ölüm xəbəri yayılıb.

 


OXŞAR XƏBƏRLƏR

İki çox nadir patologiyası olan körpə: Oxşar hallar dünyada yoxdur

Yeddi aylıq Mariçkaya iki nadir - Rubinşteyn-Taybi və Abernetti sindromu diaqnozu qoyulub ki, bu da çox qeyri-adi birləşmədir. Sfera.az bildirir ki, bu anada...

Yeni il günü göyərtəsində elit turistlərin olduğu yaxta qəzaya uğrayaraq batdı

Turistlərin olduğu dəbdəbəli “Amore Mio” yaxtası Yeni il üçün dənizə ekskursiya zamanı qayalara çırpılaraq batıb. Gəminin La Quebrada (Akapulko, Mek...

Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir

Fransızların 60%-dən çoxu ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Fransanın “Le Figaro”...

Sürücülərin NƏZƏRİNƏ: Avtomobil təkəri alarkən… - VİDEO

Hər təkərin təhlükəsiz istifadə oluna biləcəyi maksimal sürət var. Bu, təkərin yan divarında hərflərlə göstərilir. Sfera.az xəbər verir ki, ustalar he...

Ərinin ölümünə görə müğənniyə cinayət işi açıldı

Latviya İstintaq Komitəsi Yanis Timmanın ölümü ilə bağlı cinayət işi açıb.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, basketbolçunun do...

Bu ölkədə bir həftədə 55 zəlzələ oldu

Efiopiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.  ...