Ronaldonun sevgilisi yenə gündəmdə -  Gülüş hədəfinə çevrildi + FOTOLAR

Ronaldonun sevgilisi yenə gündəmdə -  Gülüş hədəfinə çevrildi + FOTOLAR

İspaniyalı model və Ronaldonun nişanlısı Georgina Rodriguez daim dəbdəbə nümayişi ilə mediada gündəm olur.


Sfera.az bildirir ki, Georgina Rodriguez bu dəfə bir gündən az müddətdə hazırladığı dəbdəbəli görünüşünü sınayıb. O, şəkillərini İnstaqram səhifəsində 45 milyon izləyicisi ilə paylaşıb. Mediada isə gülüş obyektinə çevrilib.
 

Ötən gün Ər-Riyadda keçirilən Sevinc Mükafatları mərasiminə qatılan Rodriges tunisli dizayner Əli Karuinin dəbdəbəli tünd rəngli paltarını seçib.
 

İnstaqramda modelyer Karuin məşhur futbolçunun sevgilisini dost və ilhamverici adlandırıb, komandasının bir gündən az vaxt ərzində axşam paltarı hazırlamağı bacardığı üçün öyünüb.


Georgina Rodriguezin media və sosial şəbəkələrdə gülüş hədəfinə çevrilməsi isə postları çoxlu brilliyant emojiləri başlığı ilə paylaşması olub.
 

Şəkillərdə ispan modeli başını ölkə qanunlarına görə də örtüb.


Portuqaliyalı futbolçu və sevgilisi beş uşaq böyüdürlər (ikisi ortaq). Ulduz cütlüyün münasibəti 2016-cı ildə məlum olub. 2023-cü ilin əvvəlində isə onlar Səudiyyə Ərəbistanına köçüblər.

 

Aynil


OXŞAR XƏBƏRLƏR