Beyonsun 5 ildən sonra ilk konsertindən möhtəşəm görüntülər - Ukrayna brendi ilə səhnəyə çıxdı

Beyonsun 5 ildən sonra ilk konsertindən möhtəşəm görüntülər - Ukrayna brendi ilə səhnəyə çıxdı

Xəbər verdiyimiz kimi, uzun fasilədən sonra müğənni Beyonse Dubayda dünyanın ən bahalı və dəbdəbəli yeni otellərindən biri olan “Atlantis The Royal”ın açılışında 70 dəqiqəlik mini konsert proqramı ilə çıxış edib.
 

Sfera.az bildirir ki, şayiələrə görə, müğənni bu konsert üçün 24 milyon dollar alıb.
 

Tamaşa zamanı ulduz özünün məşhur hitlərini - Crazy in Love, Spirit, Drunk in Love, Brown Skin Girl mahnılarını ifa edib. Bundan əlavə, səhnədə pop-divaya onun 11 yaşlı qızı Blu Ayvi Karter də qatılıb.


Təkcə axşam saatlarında sənətçi 4 dəbdəbəli paltar dəyişib. Bunlardan biri Ukraynanın Frolov brendinin cazibədar konsert mini paltarı olub.


Dəvət alan qonaqlardan telefonlarını təhvil vermələri və tamaşanı çəkməmələri istənilsə də, bəzi videolar İnternetdə paylaşılıb. İctimaiyyətə sızdırılan görüntüləri isə konsertə xüsusi dəvət olunmuş paparazzilər çəkib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR