Şakira Pikenin ailəsi ilə bütün əlaqələrini kəsir

Şakira Pikenin ailəsi ilə bütün əlaqələrini kəsir

Şakira Jerar Pikenin anasının evindən ayrılmaq üçün divar hörür.
 

Sfera.az bildirir ki, Şakira onu malikanəsinin yanında yaşayan keçmiş qayınanasının evindən ayırmaq üçün divar hördürüb. Videokameralar Şakiranın İspaniyadakı mülkünün ərazisində olan beton qarışdırıcını lentə alıb.
 

Bildiyiniz kimi, Şakira iki övladı ilə birlikdə Mayamiyə köçməyi planlaşdırır, lakin hələ də Barselonadadır. Müğənni bir neçə gün əvvəl Jerar Pikenin anasının evinə baxan evinin eyvanında qorxunc ifritə şəklində kukla asmışdı.
Açıklama yok.

Şakira yeni mahnısında keçmiş sevgilisinin onu anası ilə qonşu kimi tərk etməsindən də danışıb. Ulduz Pikenin tələbəsi Klara Çia Marti ilə yeni romantikasını da ələ salıb. Şakiranın dediyinə görə, onun keçmiş sevgilisi "Rolex-i Casio-ya dəyişib".

 

Xatırladaq ki, Jerar Pike də keçmiş sevgilisinin tələbə ilə yeni romantik münasibətlə bağlı istehzalı mahnısına cavab vermişdi.

 

Aysel


OXŞAR XƏBƏRLƏR