Cennifer Lopez Ben Afflek və uşaqları haqqında danışdı

Cennifer Lopez Ben Afflek və uşaqları haqqında danışdı

Amerikalı müğənni Cennifer Lopez Ben Afflek və uşaqları ilə birlikdə həyatın başlanğıcından danışıb.


Sfera.az bildirir ki, sənətçinin sözlərinə görə, 2022-ci il onun və ailəsi üçün fenomenal il olub.
 

"Məncə, uşaqlarımın doğulmasından bəri ən yaxşı ilimi yaşadım. Biz birlikdə ailə olduq. Uşaqlarla birlikdə evə köçdük. Bu, həqiqətən də emosional keçid idi".


Cey Lo həmçinin istəyir ki, həyat yoldaşının əvvəlki nikahdan olan qızları və oğlu onu dost kimi görsünlər və Afflek də onun övladları üçün dost olsun.
 

İki uşaq anası etiraf edib ki, əkizləri Emmi və Maks keçid dövrünü yaşayır, lakin bununla bağlı heç bir qlobal problem olmayıb.
 

"Yeniyetməlik çox diqqətlə yanaşılmalı olan bir prosesdir. Onların çoxlu hissləri var, yeniyetmədirlər. Amma hələlik hər şey çox yaxşı gedir"- deyə ulduz bildirib.
 

Qeyd edək ki, 2022-ci ilin yayında Cey Lo və Ben Afflek 20 illik fasilədən sonra evləniblər. 2000-ci illərin əvvəllərində onlar artıq görüşürdülər, lakin toydan əvvəl münasibətlərini bitiriblər.
 

Bu müddət ərzində onlar başqa insanlarla ailə qurub, bir neçə dəfə valideyn olublar. 2021-ci ilin yazında məşhurlar yenidən görüşməyə başlayıblar və bundan bir il sonra münasibətlərini rəsmiyyətə çeviriblər.

 

Aysel


OXŞAR XƏBƏRLƏR