EFİRDƏ QIRĞIN DÜŞDÜ - Aparıcı Yusif aktrisanı susdurdu : " Sən necə azərbaycanlı qadınsan ki, gecə 11-də..." - VİDEO

EFİRDƏ QIRĞIN DÜŞDÜ - Aparıcı Yusif aktrisanı susdurdu :
Əməkdar artist Kəmalə Hüseynova ilə ATV-nin aparıcısı Yusif Ağayev arasında canlı efirdə qalmaqal yaşanıb.

BiG.AZ xəbər verir ki, "10-dan sonra" verilişində qonaq olan aktrisa işlərinin çoxluğu ilə əlaqədar evə gecə saat 11-də getdiyini açıqlayıb. Aparıcı Y. Ağayev isə ona üzünü tutaraq "Kəmalə xanım, onda ortaya belə sual çıxır ki, siz ailədə tapılmırsınız. Bəs ailə? Belə çıxır ki, evə gəlib başınızı atıb yatırsınız, bu da sizin ailəyə olan münasibətiniz" sualı aktrisanı özündən çıxarıb:

"Bəs neçə illər ailə məzuniyyəti, uşaqlarımı böyütmüşəm. Hamısını oxutdurmuşam. Bəs bunlar ailə sayılmır? Övladlarım hərəsi öz həyatını yaşayır. Həyat yoldaşım da mənimlə eyni vaxtda çıxıb, eyni vaxtda qayıdır. İkimizdə iş adamlarıyıq. yaxşı olar ki , o evdə otursun onun gününü qara əsgiyə düyüm, yoxsa hərəmiz öz işimizlə məşğul olaq? Hansı daha yaxşıdır Yusif?".

Aparıcının "Mən azərbaycan qadınının belə ailə başçısı olmasını normal qəbul etmirəm", deyərək ağzını büzməsi aktrisanı özündən çıxarıb:

"Nahaq yerə siz belə reaskiya verirsiniz. İlin 12 ayını mən belə yaşamıram axı? Çəkilişlərim olur, bu da təbiidir. Nəyə görə, siz qısqanan, ərini gecə-gündüz "hardasan", "neynirsən" kimi suallarla bezdirib bozbaşını bişirən qadınlara ağzını büzmürsünüz, mənə büzürsünüz?". 

 

OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...