Selena Qomez artıq çəkisi ilə bağlı yazılanlara sarkazmla cavab verdi - FOTO

Selena Qomez artıq çəkisi ilə bağlı yazılanlara sarkazmla cavab verdi - FOTO

Amerikalı gənc aktrisa və müğənni Selena Qomez Yeni il tətillərində bir neçə kilo almağına görə ona lağ edən izləyicilərə sarkazm və istehza ilə cavab verib.
 

Sfera.az “Glamour” nəşrinə istinadən bildirir ki, ötən günlərdə Selena Qomez doqquz yaşlı bacısı ilə birlikdə “Qızıl Qlobus” mükafatlandırma mərasiminə qatılıb. Onun tədbir üçün seçdiyi dərin dekolteli, çiyinsiz paltar və uyğunsuz bədən forması dünya gündəminin mövzusu olub. İzləyicilər isə sosial şəbəkələrdə onun bir neçə kiloqram artıq çəki və sinə quruluşunu şərhlərlə “bombalamağa” başlayıb, buling dolu nifrətlərini dilə gətiriblər.
Səhnə ulduzu nifrət edənlərin şərhlərinə cavab verib.
 

Selena Qomez 2023-cü il “Qızıl Qlobus”dan qayıdarkən TikTok-da canlı yayım açıb və etiraf edib ki, Yeni il tətilləri zamanı kökəlib. Qomez əlavə edib ki, bunda heç bir qəbahət görmür.


"Mən indi həmişəki çəkimdən bir az daha çox olmuşam, çünki sizdən fərqli olaraq çox yaxşı tətil keçirmişəm"-deyə o, yumorla cavab verib.


Xatırladaq ki, məşhur ulduz daha əvvəl bir dəfə də xüsusi dərman qəbul etdiyinə görə çəki aldığını və təkbaşına uşaq dünyaya gətirə bilməyəcəyini etiraf etmişdi.

Aynil

Açıklama yok.
 


OXŞAR XƏBƏRLƏR