Bred Pitt "Qızıl Qlobus"a yeni saç düzümü ilə gəldi - FOTO

Bred Pitt

29 yaşlı fitnes məşqçisi İnes de Ramonla münasibətdə olduğu iddia edilən 59 yaşlı Hollivud aktyoru Bred Pitt Los-Ancelesdə keçirilən 2023 “Qızıl Qlobus”mərasiminin fəxri qonaqlarından biri olub.

 

Sfera.az bildirir ki, məşhur aktyor qırmızı xalça üzərinə çıxmasa da, zalda görünərək yeni imici ilə diqqət çəkib.
 

Pitt hər zaman müxtəlif ictimai tədbirlərdə kifayət qədər uzun saçlarla görünüb. Hər zaman fərqli üslubıarı sınaqdan keçirən ulduz hətta bir dəfə qırmızı xalçada ətəklə gəzib.
 

Məşhur aktyor bu dəfə eleqant görünüş seçib. Mərasim üçün o, atlaz yaxalı klassik qara smokin, ağ köynək və qalstuk taxıb.


Aktyorun yeni saç düzümü kifayət qədər diqqət çəkib. Tərzini kökündən dəyişən Pitt mərasimin ən qəşəng görünən iştirakçısı olub.

 

Aysel


OXŞAR XƏBƏRLƏR