Viktoriya Bekhem brendinin borcu artmaqda davam edir - ŞOK RƏQƏM

Viktoriya Bekhem brendinin borcu artmaqda davam edir - ŞOK RƏQƏM

Britaniyalı dizayner Viktoriya Bekhemin moda brendinin kifayət qədər ciddi borcu var.
 

Sfera.az bildirir ki, Britaniya mediası borcun hazırda 66,3 milyon funt sterlinq təşkil etdiyini yazır. Viktoriyanın dostları isə onun təslim olmaq fikrində olmadığını və həqiqətən də işinə can yandırdığını qeyd edirlər:
 

"Açıq maneələrə baxmayaraq, o, buna çox həvəslidir".


Bekhemin 2022-ci ilin yayında 50 milyon funt sterlinqdən çox borcunun olduğu bildirilmişdi, lakin borcun artdığı artıq məlumdur. Britaniyalı müğənni və dizayner böyük ölçülü paltarlar da buraxacağını açıqlayıb. Qeyd edək ki, onun brendi daha kiçik ölçülər üzrə ixtisaslaşıb.
 

Bekhem milyondan çox abunəçisi olan İnstaqram vasitəsilə öz brendinin geyim və kosmetikasını fəal şəkildə təbliğ edir. İş qadını tez-tez şirkətinin yaratdığı əşyalarda şəkil çəkdirir, həm də öz üzərində yeni kosmetika nümayiş etdirir.


Bu arada Viktoriyanın həyat yoldaşı Devid Bekhem Qətər Futbol Çempionatı zamanı 150 milyon dollar qazanıb. Lakin əfsanəvi futbolçunun müqavilədə göstərilən bir sıra şərtləri yerinə yetirmədiyi məlum olub.

 

Xanım


OXŞAR XƏBƏRLƏR