Selena Qomez 9 yaşlı bacısını şam yeməyinə gətirdi - FOTOLAR

Selena Qomez 9 yaşlı bacısını şam yeməyinə gətirdi - FOTOLAR

Amerikalı müğənni və aktrisa Selena Qomez doqquz yaşlı bacısı Qreysi tez-tez özü ilə dəvət olunduğu məclislərə aparır. Ötən günlərdə sənətçi bacısını məşhur britaniyalı futbolçu ailəsi, ən yaxın dostları Bruklin Bekhem və Nikola Peltzlə qala şam yeməyinə gətirib.

Sfera.az bildirir ki, müğənni fotoları İnstaqram səhifəsində paylaşıb.
 

Qeyd edək ki, noyabrda Qomezin "Ağım və mən" sənədli filminin premyerası zamanı verilən ziyafətdən sonra Selena və Nikola praktiki olaraq ayrılmaz rəfiqə olublar.
 

9 yaşlı Qreysi isə Selenanın anasının Brayan Tiffi ilə ikinci evliliyindən olan bacısıdır. Onun başqa bir bacısı da var - Viktoriya Tori Qomez. O da müğənninin atasının Sara Qomezlə ikinci evliliyində doğulub.



Xatırladaq ki, Selena Qomez və Nicola Peltz cüt döymə də etdiriblər.

 

Aynil


OXŞAR XƏBƏRLƏR