Küsülüdür dedilər - Gəlinini ad günü münasibətilə təbrik etdi - FOTO

Küsülüdür dedilər - Gəlinini ad günü münasibətilə təbrik etdi - FOTO

48 yaşlı britaniyalı müğənni və dizayner Viktoriya Bekhem gəlini Nikola Peltsi 28 yaşı münasibətilə təbrik edib. Çoxuşaqlı ana 30,5 milyon abunəçisi olan İnstaqram səhifəsində ailə şəklini paylaşıb.
 

Sfera.az bildirir ki, fotoda Bruklin Bekhemin anası və həyat yoldaşı mətbəxdə masa arxasında oturub gülümsəyirlər.
 

"Ad günün mübarək @NicolaAnnePeltzBeckham Gününüz gözəl keçsin inşallah!!!" – başlığı ilə təbrik paylaşam britaniyalı məşhura gəlini şərhdə dərhal: "Çox sağ olun! ”yazıb.


Bu arada Bruklinin atası, futbol əfsanəsi Devid Bekhem də sosial şəbəkədə gəlinini təbrik edib.
 

O, gəlininin əlində yarpaq tutan məzəli fotosunu yerləşdirib və səmimi arzularını yazıb.
 

Qeyd edək ki, Brooklyn Beckham və Nicola Peltz karantin səbəbiylə iki il gözlədikdən sonra 2022-ci ilin aprelində evləniblər.
Dəbdəbəli mərasimdən sonra cütlük 28 yaşlı aktrisanın yaşadığı ABŞ-a köçüb. Viktoriya və Devid Bekhemin böyük oğlu həyat yoldaşının soyadını götürüb və az hallarda Avropaya baş çəkir.
 

Əvvəllər Nikola Peltz və onun ulduz qayınanası arasındakı mübahisələr İnternetdə fəal şəkildə müzakirə olunurdu. Xüsusən də gəlin mühüm gündə Victoria Beckham marka gəlinlik seçmədiyi üçün mübahisə etdikləri deyilirdi. Buna baxmayaraq, müsahibələrdə həm Nikola, həm də Bruklin ailədəki anlaşılmazlıqlarla bağlı şaiyələri qətiyyətlə təkzib ediblər.

 

 

Aynil

Açıklama yok.Açıklama yok.


OXŞAR XƏBƏRLƏR