Logo

Barış Mançonun 28 il əvvəlki videosu GÜNDƏM OLDU: “2023-cü ildə..” - VİDEO

Barış Mançonun 28 il əvvəlki videosu GÜNDƏM OLDU: “2023-cü ildə..” - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli müğənni Barış Mançonun 1995-ci ildə Osakada verdiyi konsertdə 2023-cü illə bağlı dediyi sözlər sosial mediada gündəm olub.

Sfera.az bildirir ki, Yaponiyada səhnəyə çıxan ifaçı “2023” mahnısından danışıb və həmin il üçün arzularını sıralayıb.

"Mahnımızın adı “2023-cü il”dir. Cümhuriyyətimizin həmin ildə 100 yaşı tamam olacaq. O zaman mən də 80 yaşıma qədəm qoyacam. 2023-cü ildə yenidən bura gəlmək, bu mahnını Osakada səsləndirmək istəyirəm”, deyə Manço söyləyib.

Onun 28 il əvvəl çəkilən videosu isə sosial şəbəkədə minlərlə insan tərəfindən paylaşılmağa başlayıb.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR