Şakira yenidən Jerar Pikenin xəyanətlərindən danışdı
45 yaşlı kolumbiyalı müğənni Şakira yenidən Jerar Pikedən ayrılmasından danışıb.
Sfera.az bildirir ki, sənətçinin 78 milyondan çox abunəçisi olan İnstaqram səhifəsində Yeni ildən sonrakı ilk paylaşımı yayımlanıb.
"Bu yeni ildə yaralarımız açıq qalsa da, zamanla cərrahın əlləri var. Kimlərsə bizə xəyanət edibsə belə, güvənməyə davam etməliyik. Diqqətsizlik qarşısında öz qədrini bilməyə davam et. Çünki yaxşı insanlar daha çoxdur. Pis insanlardan daha çox empatik insanlar ruhsuz insanlardan daha azdır. Getdikcə daha az gəzən və yanımızda qalanlar daha çoxdur. Göz yaşlarımız boşuna deyil, gələcəyin doğulacağı torpağı sulayır, bizi daha çox insan edir, buna görə də sınıq bir ürəklə sevməyə davam edə bilərik”-deyə o, milyonlarla abunəçisinə müraciət edib.
Qeyd edək ki, 2022-ci ilin yayında kolumbiyalı ulduz və futbolçu Jerar Pikenin ayrılması məlum olmuşdu. Məşhurların romantik birlikdəliyi on ildən çox davam edib, lakin cütlük rəsmi olaraq evlənməyib. Bildiyiniz kimi, ayrılığa səbəb Şakiranın uşaqlarının atasının çoxsaylı xəyanətləri olub.
Xatırladaq ki, Şakira 2022-ci il Milad bayramını iki oğlu ilə səhrada qeyd edib.
Aysel