Ancelina Coli 2023-cü ilin dəbli aksesuarını nümayiş etdirdi - FOTO

Maqazin
00:02 / 27.12.2022
26810
Ancelina Coli 2023-cü il üçün mükəmməl qara görünüşü və dəbli aksesuarını nümayiş etdirib.
Sfera.az bildirir ki, ulduz 14 yaşlı oğlu Noksla gəzintiyə çıxıb. Ailə Milad öncəsi alış-veriş edib. Ancelina qara rəngli V-yaxalı sviter, maxi yubka, tünd rəngli əl çantası və Valentino dəri çəkmələri seçib. Çoxuşaqlı ananın saçları səliqəli topuzda yığıb və aktrisa əlində qəhvə fincan tutub.
Colinin Yeni il geyimində diqqət çəkən məqam qeyri-adi qızılı çərçivəli gün eynəyi olub.
Ümumilikdə 47 yaşlı Ancelina Coli altı uşaq böyüdür, onlardan üçü biolojidir - Şilo, Noks və Vivyen. Zahara, Pax və Madox Hollivud aktrisası tərəfindən övladlığa götürülüb.
Xatırladaq ki, Ancelina Coli bir müddət öncə BMT ilə əməkdaşlığı dayandırmışdı.
Aysel