Tanınmamış müğənni də Yeni il gecəsi üçün 2000 manat istəyir - FANTASTİK QİYMƏTLƏR

Tanınmamış müğənni də Yeni il gecəsi üçün 2000 manat istəyir - FANTASTİK QİYMƏTLƏR

Yeni ilə şou proqramla girmək istəyənlər adambaşına minimum 70 manat xərcləməlidirlər. Bu qiymət 450 manatadək, hətta daha da arta bilər.

 

Sfera.az xəbər verir ki, məkandan və şou proqramda iştirak edən müğənninin populyarlığından asılı olaraq qiymətlər dəyişir.

 

Qiymətlərdə menyu isə bir o qədər də önəm daşımır.

 

Restoran inzibatçısı Rəşad Abdullayev Xəzər TV-yə bildirib ki, qiymətlərin baha olmasına səbəb həm də yerli müğənnillərin Yeni il gecəsi qiymətləri artırmasıdır. Hətta 500 manata toya gedən tanınmamış müğənni də yeni il gecəsi üçün 2000 manat pul istəyir. Bildirilib ki, bahalıqla əlaqədar bu il müştərilərin sayı əvvəlki illərə nisbətən azdır.

 

Digər şadlıq evinin inzibatçısı Zaur Xuduyev isə Bakıda müştəri azlığının səbəbini insanların Yeni ili daha çox rayonlarda keçirməyə üstünlük vermələri ilə əsaslandırıb.

 

İnsanların rayonlara marağının səbəbi isə bölgələrə qar yağmasıdır.

 

O da qeyd olunub ki, Yeni il tədbirləri adətən qazancdan şox reklam və rəqabət xarakterlidir. Belə şənliklərdən sıradan toyun qazancından artıq gəlir gözlənilmir.

 


OXŞAR XƏBƏRLƏR

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...