Müğənni Pink uzun müddətən sonra ilk dəfə göründü - FOTOLAR

Müğənni Pink uzun müddətən sonra ilk dəfə göründü - FOTOLAR

Uzun müddətdir mediadan və ictimaiyyətdən uzaq gəzən müğənni Pink MTV American Music Awards mərasimində görünüb.

 

Sfera.az bildirir ki, Pink mərasimdə 1980-ci illərə aid çəhrayı vintaj geyimində çıxış edib.

 

Mərasimin qalibi isə altı nominasiya üzrə altı mükafat alan Taylor Swift olub. Ötən gecə Los-Ancelesdə ilin “American Music Awards” mərasimi keçirilib. Taylor Swift, Pink həyat yoldaşı və uşaqları ilə, Maneskin və başqaları qırmızı xalçada görünüb. Gecənin qalibi altı nominasiya üzrə mükafat alan Teylor Svift olub.

 

Mərasimdə Teylor “The Blonds”dan qızılı kombinezonda və qızılı sandaletdə iştirak edib. Ailəsi ilə birlikdə qırmızı xalça üzərinə çıxan müğənni Pink isə Kaliforniya kolleksiyasından 1987-ci ilin vintaj “Bob Mackie” paltarını seçib. Paltarın müəllif dizayneri yaşı 80-dən çox olan Bob Mackie Cher müğənnilərdən Tina Turner, Liza Minnelli, Brooke Shields və digərləri üçün geyimlər hazırlayıb. O, bütün Hollivud ulduzlarının stilisti əfsanəvi dizayner Edith Head ilə işə başlayıb.

 

Qeyd edək ki, Bob Merilin Monronun Con Kennedinin ad günündə çıxış etdiyi məşhur paltar üzərində də işləmişdi. Bob Mackie doqquz Emmy mükafatı, üç Oskar nominasiyası və Mükəmməlliyə görə Jeffrey Bean mükafatına layiq görülüb. Paltarını dəyişmiş Pink səhnəyə çıxaraq “Hopeless Devoted To You” mahnısını ifa edib.

 

Qeyd edək ki, Pink bu mahnını bu ilin avqustunda 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən Grease ulduzu Oliviya Nyuton-Cona ithaf edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR