Merve Boluğur ata evinə qayıdıb - 40 gün əvvəl evlənmişdi + FOTO

Merve Boluğur ata evinə qayıdıb - 40 gün əvvəl evlənmişdi + FOTO

40 gün əvvəl DJ Mert Aydın ilə ailə quran Türkiyənin məşhur aktrisası Merve Boluğurun evliliyində problemlər yaşanıb.

 

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, həyat yoldaşı ilə problem yaşadığı üçün evdən çıxan Merve Boluğur ailəsi ilə yaşamağa başlayıb.

 

2017-ci ildə müğənni Murat Dalkılıçdan boşanan Merve Boluğur oktyabrın 2-də DJ Mert Aydınla ailə həyatı qurmuşdu. Sosial media hesabında Aydınla tez-tez paylaşımlar edən Boluğurun evliliyində problemlər yaşadığı iddia edilib. Maqazin proqramlarında yer alan xəbərə görə, Merve Boluğur hər anını paylaşdığı Mert Aydınla paylaşımlardan qaçır. Aydını kəsərək ailə fotosunu paylaşan Boluğurun ata evinə qayıtdığı iddia edilib.

 

Boluğur 4 milyon izləyicisi olan İnstaqram hesabında tez-tez ailəsi ilə birlikdə paylaşımlar edir. Ötən gün İnstaqram hesabında izləyicilərinin suallarını cavablandıran aktrisa “Nədən dərs aldın?" sualına “Adam etdiklərimiz üzümüzə baxmır. Mənə görə bir yerə gəliblər, bundan sonra heç kimə böyük yaxşılıq etməyəcəyəm”-cavabını yazıb. Boluğurun paylaşımlarında tez-tez barmaqlarını göstərməsi də diqqətlərdən qaçmayıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR