Gökhan Özen son halı ilə ağızları açıq qoydu - FOTOLAR

Gökhan Özen son halı ilə ağızları açıq qoydu - FOTOLAR

2000-ci illərin əvvəllərində mahnıları ilə ürəkləri fəth edən Gökhan Özen bir müddətdir ki, gözlərdən uzaq həyat yaşayır. Xaricdə yaşayan məşhur müğənni az qala illərə meydan oxuyur.
 

Sfera.az xəbər verir ki, yaraşıqlı müğənni Gökhan Özen son görünüşü ilə hər kəsi təəccübləndirib.
 

Ölkəsini sakitcə tərk edən Gökhan Özen 7 ildir Los-Ancelesdə yaşayır.
 

Sosial şəbəkədə həyatı ilə bağlı paylaşımlardan yayınan 42 yaşlı Gökhan Özen izləyicilərinə:


"Həyatımı sülh və əmin-amanlıq içində formalaşdırıram, susmağım kimsəni narahat etməsin" - demişdi.
 

“Ölkədəki problemli vəziyyətə görə bəzi layihələrimi dayandırdım” deyən ulduz bir müddət Türkiyəyə dönməyəcəyini açıqlayıb.
 

2010-cu ildə Selen Sevigenlə ailə quran Gökhan Özen qızları Ada və Dərini görmək üçün vaxtaşırı Türkiyəyə gəlir.
 

Qeyd edək ki, Gökhan Özen və Selen Sevigen 2016-cı ildə rəsmi olaraq ayrılıblar.

 

Aysel


OXŞAR XƏBƏRLƏR