Monika Belluççi mükəmməl görünüşü ilə hər kəsi valeh etdi - FOTOLAR

Monika Belluççi mükəmməl görünüşü ilə hər kəsi valeh etdi - FOTOLAR

58 yaşlı italyan aktrisa Monika Belluççi yetkin qadınlar üçün mükəmməl qara paltar nümayiş etdirib.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, məşhur dünya ulduzu Romada “Diabolik” filminin ikinci hissəsinin nümayişinə qatılıb.


Əfsanəvi aktrisa ictimaiyyətə qarşısına çıxmaq üçün şəffaf qolları olan qara maksi paltar seçib.


Monika Belluççinin ayağında isə əsas görünüşə uyğun zamşa çəkmələr olub.
 

Aksesuar kimi isə aktrisa qırmızı xalçada belə çıxarmadığı gün eynəklərini seçib.


Saçları açıq olan Monikanı vizajistlər sadə makiyaj ediblər.
 

Qeyd edək ki, Monika Belluççinin paltarının qiyməti 1700 funt-sterlinqdir (təxmini 1935 euro).



Bu paltar 2022/23-cü ilin qış trendinin ziyafət tədbirləri üçün nəzərdə tutulub. Trendin ideal seçimi hesab olunan bu geyim hüxtəlif dəbli taytlar və aksessuarlarla birləşdirilə bilər. Xüsusilə paltarın qolları və uzunluğu sahibini isti saxlayır. Bu da qalın geyinməyi sevməyən xanımları zərif və kübar qadınlara xas zərafətli göstərir.
 

Xatırladaq ki, 58 yaşlı Monika Belluççi yeni filmin çəkilişləri üçün imicini kökündən dəyişib.



Həmçinin Monika Belluççinin qızı da dünya gündəmindədir. 19 yaşlı Deva Kassel modellik sahəsində karyera qurur.

 

Aynil


OXŞAR XƏBƏRLƏR