Röya verilişdə içkili olub?

Röya verilişdə içkili olub?
Ötən gün müğənni Röya Ayxan "Xəzər” televiziyasında ilk efir günü yayımlanan "Nəsib olsa” verilişinin qonağı olub.

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, müğənni proqramda tez-tez aparıcının sözünü kəsib, qonaqlara replikalar atıb və hədiyyə qutusuna təpik vurub.

Röya öncə onun adı yazılan gül qutusunu təpikləyib. Sonra yeni verilişdə "Çöl adamı” haqda danışan Kamal Dənizin sözünü kəsib.

O, "Məhəbbət, ehtiras... Kamal, bas bağla. Harada kişi varsa, orada ehtiras var. İnsanlar qayğı içindədir. Onlara sevgi, ehtiras lazımdır”, - deyə bildirib.

Müğənni daha sonra Zaur Kamalla danışan aparıcının sözünü kəsib. O deyib ki, Zaur qocalmır. O, harada yatır? Soyuducuda neçə dərəcədə qalır ki, qocalmır? 10 ildir ki, səhnədəyəm. Zauru uşaqlıqdan izləyirəm. Zaurdan soruşmaq istəyirəm ki, nə zaman öləcək?”.

Röyanın bu addımı birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun efirə içkili çıxdığını iddia edib.

Müğənninin prodüseri Vüsal deyib ki, "Xəzər” televiziyasının öz qayda-qanunları var. Orada efirə heç kim içkili çıxa bilməz. Yeni bina, yeni kollektivdir. Verilişin mövzusu zarafat tipində idi. Türkiyənin "Beyaz show” verilişini xatırladırdı. Əvvəlcədən ssenari qurulmuşdu. Röyaya deyilmişdi ki, içərisindən adı çıxacaq qutuya təpik vursun. Orada artıq hərəkət olmayıb

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...