"Bunun artıq əvvəlki kimi önəmi yoxdur” - Azərbaycanlı modeldən QALMAQALLI AÇIQLAMA
Maqazin
13:21 / 11.11.2022
9773
2010-cu ildə “Best Model Azərbaycan” seçilən Günay Musayeva qalmaqala səbəb olan açıqlamalar verib.
Sfera.az xəbər verir ki, Günay Musayeva gözəllik və modellik yarışmalarının artıq əhəmiyyətini itirdyini bildirib:
“Çox adam modelliyi pillə olaraq istifadə edir. Təşkil edilən yarışlar, verilən mükafatlar uğur deyil, madiyyat üzərinədir. Bu yarışların əvvəlki kimi önəmi yoxdur”.
Qeyd edək ki, Günay Musayeva Türkiyəli aktyor Tolga Karel ilə evli olub və boşanıb. Onların bu evlilikdən bir övladı var.
Sevinc Nəsirli,
Sfera.az