Logo

Rəqqasə Renka: “Ərimdən boşanandan sonra qaynanamla…”

Rəqqasə Renka: “Ərimdən boşanandan sonra qaynanamla…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Həyat yoldaşımdan boşanandan sonra qaynanamla çox yaxın olmuşam".

Sfera.az Bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri "Renka" ləqəbi ilə məşhurlaşan oriental rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

Rəqqasə boşandığı həyat yoldaşının anası ilə münasibətlərindən söz açıb:

"Allah qaynanama rəhmət eləsin. O, çox pis xəstəlikdən dünyasını dəyişdi. Çox gözəl insan idi. Hətta həyat yoldaşıma söyləyirdim ki, səni dünyaya gətirən ananı çox sevirəm. Ona davamlı deyirdim ki, anana zəng et onunla maraqlan, diqqətdən kənar qoyma. Üç oğul böyütmüşdü. Güclü qadın idi".

Qeyd edək ki, Rəna Ağamuradovanın ilk evliliyindən 15 yaşlı Murad adında oğlu və 13 yaşlı Namiliya adlı qızı var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR