Elnarə yenə başlayır - foto

Elnarə yenə başlayır - foto
Müğənni Elnarə Xəlilova yenidən aparıcılığa başlayıb.

Sfera.az-ın məlumatına görə, xanım müğənni Space telekanalında "Xanımlar saatı” adlı proqramda aparıcılıq edəcək. Üç illik fasilədən sonra teleməkana dönən Elnarə Vaqif Mustafayevin dəvəti ilə işə başladığını deyir: "Şəxsən Vaqif Mustafayev məni Space televiziyasında aparıcı kimi görmək istədiyini dedi. Özümü hansı formatlı verilişdə, hansı layihədə görmək istədiyimi soruşdu. Mən də xanım kimi xanımlarla bağlı, mətbəxdən tutmuş kosmetologiyaya, geyimə qədər, xanım dedikdə nə yada düşürsə həmin mövzuları əhatə edən proqramda gördüyümü bildirdim. O da bir dəqiqənin içərisində məni "Xanımlar saatı” verilişinə aparıcı kimi təsdiqlədi”.

Proqram həftə içi 5 gün, saat 12:45-də Space telekenalında efirə gedəcək. Elnarə bu layihənin də uğurlu olacağına əmindir: "Verilişdə də bir çox dəyişiklik edilib. Dekorasiyadan tutmuş bir çox yeniliklər var. Mən də öz imicimdə dəyişikliklər etmişəm. Tamaşaçılar yeni verilişdə, yeni dekorasiyada, yeni aparıcını yeni imicdə görəcəklər. Komandamız çox güclüdür. Qarşımıza məqsəd qoymuşuq ki, uğurlu layihə ərsəyə gələcək”.

Xatırladaq ki, müğənni E. Xəlilova uzun müddət ATV və ANS telekanallarında və radioda aparıcılıq edib.

Elnarə yenə başlayır - foto

Elnarə yenə başlayır - foto


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...