56 yaşında ata olan məşhur aktyor hisslərini açıqladı
İki “Oskar” mükafatçısı 61 yaşlı məşhur aktyor Corc Kluni həyat yoldaşı Amal Kluni ilə (44) əkiz uşaq gözlədiklərini ilk dəfə biləndə qorxduğunu bildirib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, şou proqramların birinə qatılan amerikalı aktyor 56 yaşında əkiz uşaq sahibi olacaqlarını öyrəndikdə böyük sürpriz və qorxu hissi keçirdiyini bildirib.
Yaşına görə belə bir qorxu hiss etdiyini deyən Kluni hələ də yollarına davam etdiklərini və mükəmməl ailə olduqlarını əlavə edib.
Daha əvvəl də ailəsi ilə bağlı gülməli xatirələrini bölüşən Kluni övladlarına italyan dili öyrətməklə nə qədər səhv etdiklərini anlamadıqlarını bildirib.
“Biz onları bizə lağ edə biləcək bir dillə silahlandırdıq və indi həqiqətən nə dediklərini bilmirik”- deyə məşhur aktyor etiraf edib. Aktyor evdə ingilis və fransız dillərində danışdıqlarını əlavə edib.
Xatırladaq ki, 2014-cü ildən bəri Livan əsilli britaniyalı hüquqşünas Amal Kluni ilə evli olan məşhur aktyorun Aleksandr və Ella adlı bir oğlan və bir qız əkiz övladları var.
Aynil