Deputat Novruz Aslanın ölməz mahnısı yeni ifada - VİDEO

Deputat Novruz Aslanın ölməz mahnısı yeni ifada - VİDEO

Gənc müğənni Nurlana millət vəkili Novruz Aslanın bəstəsinə müraciət edib.

 

Sfera.az bildirir ki, ifaçı Xanım İsmayılqızının sözlərinə yazılan, vaxtikən Xalq artisti İlhamə Quliyevanın səsləndirdiyi “Unuda bilməz” mahnısına klip çəkdirib.

 

O, bu barədə fikirlərini belə ifadə edib:

 

“İlhamə xanımın ifasında Novruz Aslanın Xanım İsmayılqızının sözlərinə yazdığı bu mahnını uşaqlıqdan sevirdim və hər zaman ifa etməyi arzulayırdım. Amma düşünürdüm ki, bu mövzuda İlhamə xanımın ifasına bir qədər yaxın olmaq üçün daha aqil, müdrik, kamil olmaq lazımdır. İllər keçdi, artıq böyüdüm və hesab etdim ki, vaxtı gəlib. Mahnını oxudum və 20 il əvvəl bu nəğməyə çəkilən klipin rejissoru Ülviyyə Könülə müraciət etdim. İstədim ki, 20 il əvvəlki ab-havanı təkrarlayaq və Əməkdar artist Firdovsi Atakişiyevlə birgə həmin hissləri tamaşaçılara bir daha ötürək. Mən bu ifamı və klipi Xalq artisti İlhamə Quliyevanın əziz xatirəsinə həsr edirəm”.

 

Həmin klipi təqdim edirik:

 

Türkan,

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...