Türk lirəsini tualetə atan Mika TUTULDU

Türk lirəsini tualetə atan Mika TUTULDU

Cinsiyyətini dəyişdirmə prosesi ilə qısa müddətdə tanınan sosial media fenomeni Mika Can Raun saxlanılıb.

 

Sfera.az bildirir ki, buna səbəb fenomenin bu yaxınlarda yayımladığı video olub.

 

Belə ki, Mika görüntülərdə 100 türk lirəsini unitazın içinə atıb. Gələn sərt reaksiyalardan sonra isə o, “Gözəl ölkəmin kanalizasiyasına 100 lirə qazandırdım, cinayətdirmi?”, deyərək özünü müdafiə edib.

 

Lakin Mikayıl Can Raun son videosundan sonra İstanbul Polis İdarəsi Təhlükəsizlik Şöbəsi və Kiber Cinayətlərlə Mübarizə Şöbəsi qruplarının birgə işi nəticəsində tutulub.  Türk lirəsini təhqir etdiyi səbəbilə nəzarətə alınan Mika verdiyi ifadədən sonra Türkiyə Cəza Qanununun “dövlətin suverenliyinin əlamətlərini təhqir etmə” cinayəti ilə məhkəmə orqanlarına sövq edilib.

 

Türkan,

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR