FƏRDANIN “SELFİNAZ”INI GÖZLƏYƏNLƏRƏ XOŞ XƏBƏR – FOTO
Maqazin
16:47 / 20.09.2016
1298
Tanınmış aktyor və aparıcı Fərda Amin (Xudaverdiyev) bir ilkə imza atıb. 2016-cı ilin 5 mayında Nizami Kino Mərkəzində baş tutmuş "Selfinaz” adlı "stand up” konserti, film kimi 20 oktyabrdan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək. Layihənin PR direktoru və prodüseri Vüqar Azəroğlu əməkdaşımıza açıqlama verərək, nümayişlə bağlı fikirlərini oxucularımızla bölüşdü: "Bu illər ərzində Fərdanın bir neçə layihəsində prodüserlik etmişəm. O, Azərbaycanda tanınan yumor ustaları arasında bir ilkə imza atdı. Mayda verdiyi konsert HD keyfiyyəti ilə lentə alınıb. Həmin çıxışı canlı izləyə bilməyənlər, 70 dəqiqə gülməyə hazır olsunlar. İnanırıq ki, ölkənin bütün kinoteatrlarında nümayiş etdiriləcək "stand up” maraqla qarşılanacaq”.