Logo

Aktyor çayda boğuldu, çəkiliş sanıb kömək etmədilər

Aktyor çayda boğuldu, çəkiliş sanıb kömək etmədilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Braziliyanın ən məşhur aktyorlarından Dominqos Montaqner serial çəkilişi zamanı çayda boğularaq dünyasını dəyişib.

Axşam.az-ın BBC-yə istinadən məlumatına görə, "Velho Chico" adlı serialın baş rolunda çəkilən aktyor  Kamil Pitanqa adlı aktrisa ilə çayda üzdüyü an hündür dalğa ilə rastlaşıblar. D.Montaqner və KşPitanqa ətrafdakı insanlardan kömək istəsə də, hər kəs boğulma səhnəsinin çəkildiyini düşünərək kömək etməyib.

Hadisədən sonra onun meyiti boğulduğu yerdən 300 metr kənarda tapılıb. Məsul şəxslər edə biləcəkləri bir şeyin olmadığını, çünki aktyorun çaya girdiyi ərazinin çox təhlükəli olduğunu deyiblər.

Montaqnerin ölüm xəbəri Braziliyada gözlənilməz xəbər olub. Ulduzun "Um Namorado Para Minha Mulher” ("Həyat yoldaşıma sevgili") adlı filmi iki həftə əvvəl təqdim olunub.

Aktyor çayda boğuldu, çəkiliş sanıb kömək etmədilər  
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR