Anadolunun qapılarını türklərə açan bəy – İbrahim Yınal kimdir?

Anadolunun qapılarını türklərə açan bəy – İbrahim Yınal kimdir?

Türkiyənin TRT kanalında yayımlanan və ölkəmizdə də sevilərək izlənilən "Alparslan Böyük Səlcuqlu" serialı 29-cu bölümü ilə izləyicilərin diqqətini çəkib. Belə ki, sonuncu bölümdə Səlcuq sultanı Sultan Toğrul tarixi şəxsiyyət olan İbrahim Yınalı Azərbaycan hakimi təyin edir.

Maraqlıdır, filmdə Azərbaycan hakimi təyin edilən İbrahim Yınal kimdir?

 

Sfera.az İbrahim Yınal haqda məlumatları təqdim edir:

 

Həm əmioğlu, həm qardaş

 

Atası Yusif Yınal Səlcuq bəyin dörd oğlundan biriydi. Səlcuq bəyin böyük oğlu Mikayılın ölümün ardınca qədim türk adətlərinə görə, dul arvadı qardaşı Yusif bəylə evləndirildi və bu evlilikdən İbrahim Yınal dünyaya gəldi. Dolayısıyla İbrahim Yınal, Toğrul bəy və Çağrı bəyin anabir qardaşı, ata tərəfdən əmisioğludur.

 

Anadolunun qapılarını türklərə aralayan bəy

 

Səlcuqluların Xorasana gəlişi, daha sonrasında Qəznəvilərlə başlayan mübarizələr də İbrahim Yınalın adına rast gəlinmir. "Dəndənakan" döyüşü sonrası dövlətin sərhədlərini Qərbə genişləndirən Sultan Toğrul komandanlığına daxil olan İbrahim Yınal bəy sonralar səlcuqluların paytaxtı olacaq Rey və Cibalı fəth edir.

 

İbrahim Yınal  Rey və Cibal fəthləri sonrası Sultan Toğrulun əmri ilə Azərbaycana hakimi təyin edilir. İbrahi Yınalın Azərbaycan hakimi təyin edilməsi həm səlcuqlu tarixi, həm də türk tarixi baxımdan olduqca vacib hadisə idi. Belə ki, İbrahim Yınal Azərbaycan hakimi olduğu müddətdə imperiyanın sərhədlərini böyütmək və Anadolunun fəth edilməsi üçün bir çox mühüm işlər görüb.

 

Təsadüfi deyil ki, onun bu fəaliyyətləri nəticəsində səlcuqlular Gürcü tavadı (knyazı) Liparitin başçılıq etdiyi Bizans-Gürcü ordusunu Pasinlərdə məğlubiyyətə uğratdı (1048).

 

Yüksəlişdən enişə

 

İbrahim Yınalın ard-arda əldə etdiyi zəfərlər bir çoxları kimi, onun da sədaqətinə təsir edir. Belə ki, İbrahim Yınal Bizans imperiyası ilə sərhəd vilayətlərini də idarə etdiyini bəhanə gətirərək mərkəzi hakimiyyəti dinləməməyə başladı. 1058-ci ildə istiqamətini Qərbə çevirən Yınal bəy Səlcuq sultanı Toğrul bəyin üzərinə yürüdü. Digər səlcuqlu bəylərindən gözlədiyi dəstəyi görməyən Yınal bəy məğlubiyyətə uğradı. Qardaşı, əmisi oğlu Toğrul bəy tərəfindən qədim türk adətləri üzrə qanı axıdılmayaraq yay kirişiylə boğularaq öldürüldü.

 

Turan Rzayev

 

 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...