Qalmaqal bitdi: Aygün Kazımova ilə Natavan Həbibi belə barışdı

Qalmaqal bitdi: Aygün Kazımova ilə Natavan Həbibi belə barışdı
Xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibi arasındakı buzlar əriməyə başlayıb.

Xalq artisti "ATV maqazin onlarla” verilişində N.Həbibinin barışıq istəyinə müsbət cavab verib:

"Mən Natavanın bu addımını yüksək qiymətləndirirəm və ona "hə” deyirəm. Əgər kiçik addım atıbsa, böyük canla-başla cavab verməlidir. Bu, mənim münasibətimdir. Kimsə başqa cür fikirləşirsə, fikirləşsin. Bəzən arada gəzənlər olmayan söhbətləri danışırlar. Məsələni aydınlaşdırmağa macal tapmamış, mikrofon uzanır və ara qarışır. Mən sülh tərəfdarıyam. İnsanları sevmək lazımdır. Arada yaşanan soyuqluq ömür boyu yaşana bilməz, qəlbdəki kin birinci insanın özünə zərərdir”.

OXŞAR XƏBƏRLƏR