Tanınmış aparıcı “Space” televiziyasını tərk etdi

Tanınmış aparıcı “Space” televiziyasını tərk etdi

 

"Space” televiziyasında yayımlanan "Sənətsevər” verilişinin aparıcısı Zəhra Osmanova telekanal ilə yollarını ayırıb.

Oxu.Az xəbər verir ki, teleaparıcı bu barədə sosial şəbəkədə məlumat verib.

"Sənəti və sənətini sevən, ətrafında daim yaradıcı, ancaq yaradıcılıqla məşğul olan insanlar görmək istəyən mən - Zəhra Rüstəm Osmanova bu gündən "Space” televiziyasından ayrıldım. "Sənətsevər” verilişi ilə çox gözəl sənətkarlarla tanış oldum, tamaşaçılara ancaq xoş və bayağı olmayan məlumatlar ötürdüm. Həyatda hər şey olur. İnanıram hər şey bundan da yaxşı olacaq. Məqsədlərə doğru irəli getmək lazımdır”.


OXŞAR XƏBƏRLƏR