Xəstəliyinə görə 17 kiloqram arıqladı
Kateqoriya məlum deyil
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilk dəfə xəstəliyi barədə danışıb.
Sfera.az xəbər verir ki, sənətçi "Maqazin plus"a açıqlamasında şəkərli diabetdən əziyyət çəkdiyini bildirib:
"100 kiloqramdan 83-ə düşmüşəm. 17 kiloqram çəki itirdim, hazırda isə nəzarət edirəm. Məndə şəkərli diabet aşkarlandı, ona görə məcbur oldum ki, arıqlayım".






