Tanınmış kaman ustası Habil Əliyevin dəfnindən 1 il ötür

Tanınmış kaman ustası Habil Əliyevin dəfnindən 1 il ötür

 

 Bu gün Azərbaycanın Xalq artisti, tanınmış kaman ustası Habil Əliyevin dəfn olunmasından 1 il ötür.

 Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.

H. Əliyev "Segah”, "Bayatı-Qacar”, "Bəstənigar”, "Bayatı-Şiraz”, "Rahab”, "Bayatı-Kürd”, "Cahargah”, "Rast”, "Zabul” muğamlarına yeni kamança həyatı verib.

Kaman ustası keçmiş SSRİ respublikalarında, eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

1978-ci ildə Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb, dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.

Habil Əliyev uzun sürən xəstəlikdən sonra 2015-c- ilin sentyabrın 8-də dünyasını dəyişib. Xalq artisti sentyabrın 9-da I Fəxri xiyabanda dəfn olunub. 

Allah rəhmət eləsin !

 


OXŞAR XƏBƏRLƏR