Azərbaycanlı aparıcının bəysiz nişanı oldu - FOTO

Azərbaycanlı aparıcının bəysiz nişanı oldu - FOTO

 

Ötən gün azərbaycanlı prodüser və aparıcı Humay Muxtarova özünə bəysiz özəl gün keçirtdi. Milli.Az bildirir ki, şəhər restoranlarından birində baş tutan doğum günü ilə yanaşı, prodüser nişanını da qeyd edib. Onu da bildirək ki, Humayın nişanlısı məclisdə olmayıb. Nişan bəysiz keçirən Humayın özəl günündə öz qohumları, şou nümayəndələrinin isə az bir qismi iştirak edirdi. Humay qeyd elədi ki, çox adamı dəvət etməyib.

Humayın nişan üzüyünü qızı Nuray anasının barmağına taxtdı və söylədi ki, atam səni çox sevir hər zaman xoşbəxt olun və ən əsası məni xoşbəxt edin. Humay adını gizli saxladığı səbəkarın yalnız baş hərfini qeyd etdi. Söylədi ki, onu çox sevir və çox qısqanır: "Bu aləmdədə və ətrafımdada məni sevməyən çoxdu, onun üçün ən məsləhətlisi adını gizli saxlamaqdır".

Nişanlısının işgüzar səfərdə olduğunu deyən Humay "Doğum günümdə nişanımı qeyd etmək nişanlımın ideyası idi. Özü Maltada işgüzar səfərdə olsa da, amma mənə dedi ki, nişanı mənsiz keçir. O, indi yanımda olmasa da, ürəyi mənimlədir. İnşallah Məhərrəmlik ayından sonra vətənə qayıdacaq və toy edəcəyik" dedi. 

İkinci dəfə ərə gedəcək prodüser gələcək həyat yoldaşı ilə tanışlıq tarixçəsindən də söz açdı: "Biz, əslində, onunla 2 ildir ki, dostluq edirik. Maltada yaşayan azərbaycanlıdır. Mən inanmırdım, münasibətimiz dostluqdan sevgiyə çevrilər. Amma həyatın təsadüflərindən qaçmaq olmur. Evlənəndən sonra o, artıq şirkətini Azərbaycanda quracaq və burada yaşayacağıq. Nişanlımla hər şey qaydasındır. Əsas odur ki, bir-birimizi çox sevirik və inanırıq". 

Ən əsas qızıma atalıq edə biləcək kişidir.

 
Azərbaycanlı aparıcının bəysiz nişanı oldu - FOTO
 
Azərbaycanlı aparıcının bəysiz nişanı oldu - FOTO

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...