Ramzan Kadırov azərbaycanlı müğənniyə qarşı çıxanları "DUELƏ ÇAĞIRDI" - FOTO

Ramzan Kadırov azərbaycanlı müğənniyə qarşı çıxanları 

Ramzan Kadırov Jony-nin konserti ilə bağlı “dini diletantları” “duelə çağırıb”.

 

Sfera.az xəbər verir ki, Çeçenistan rəhbəri müğənni Jony-nin (Cahid Huseynli) Qroznıda keçiriləcək konsertini müdafiə edib. 

 

“Bu konsertin təşkilatçılarına təşəkkür edirəm. Jony azərbaycanlı müsəlmandır. Biz bütün mahnılara baxırıq və bir dənə də olsun sənətçi yanlış mahnı oxumur. Senzuranı qoruyuruq”, – deyə Kadırov teleqram kanalda yazıb.

 

Kadırov “təxribatçıların” konkret nə yazdığını dəqiqləşdirməyib, onları görüşə çağırıb.

 

“Əgər bu özlərini ilahiyyatçı adlandıran şəxslər deyilənləri təsdiqləmək və müstəsna təqvalarına və bütün ailə üzvlərinin dininə bağlı olduqlarına dair sübutlar gətirmək istəsələr ki, bu da onlara başqalarını tənqid etməyə imkan verəcək, o zaman sabah saat 13:00-da keçiriləcək açıq dialoqa gəlsinlər. Onların dini göstərişlərinin boş söz deyil, gündəlik mənəvi mübarizə olduğunu sübut etsinlər.

 

Maraqlıdır ki, onlar özləri hər gün İslam qanunlarına uyğun yaşayırlar, yoxsa sosial şəbəkələrdə bununla bağlı mətnlər cızırlar? Ancaq əminəm ki, bu cür radikal və qəti şərhləri həyatda nəyəsə nail olmaq istəməyən adi avaralar buraxır”, – deyə Kadırov bildirib.

 

O əlavə edib ki, həyat yoldaşı və qızları konsertdə olacaq, imkan olsa, özü də gələcək.

 

Milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev də bir günt əvvəl ifaçı Jony-nin Qroznıda konsertinə qarşı çıxan çeçen xalqının nümayəndələrini sabah saat 13.00-da şəhərdəki meydana toplaşmağa çağırıb.

 

O, azərbaycanlı müğənninin konsertinə qarşı çıxanları təxribatçı adlandırıb.

 

Jony-nin noyabrın 4-də Qroznıda konsert verəcəyi barədə məlumat avqustun 29-da bir sıra çeçen mətbuatında dərc olunub. Konsert çeçen müxalifətinin Telegram kanalı Niyso tərəfindən tənqid edilib.(konkret.az)

 


OXŞAR XƏBƏRLƏR

Vətəndaşlara banklarla bağlı seçim azadlığı veriləcək

Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq məqsədilə ciddi addımlar atmağa qərarlıdır".   Sfera.az xəbər verir ki, bunu iqtis...

56 yaşlı Oğuz sakininə çaqqal HÜCUM ETDİ

Oğuz sakini çaqqal hücumuna məruz qalıb. 56 yaşlı rayon sakinini evinə yaxın meşə ərazisinin kənarında çaqqal dişləyib.   Sfera.az Bizim.Media-y...

İranda daha bir partlayış: Müdafiə zavodunda

İranda müdafiə zavodunda partlayış baş verib.   Sfera.az xəbər verir ki, "İsraelHayom"un yazdığına görə, hadisə nəticəsində ölənlər va...

"Kapital Bank"ın dəstəklədiyi “Nə? Harada? Nə zaman?” oyunu üzrə çempionat yekunlaşdı

Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzr...

Prezident Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısın...

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, Kamil işsizlikdən gileylənən...