Televiziya dünyası qəfil ölümlə sarsıldı: Cəmi 27 yaşı var idi...

Televiziya dünyası qəfil ölümlə sarsıldı: Cəmi 27 yaşı var idi...

ABŞ Viskonsin ştatında yaşayan xəbər aparıcısı və keçmiş basketbolçunun qəfil ölümü ilə sarsılıb.

 

Sfera.az bildirir ki, xəbər indi yayılsa da, məlum olub ki, aparıcı ötən şənbə günü 27 yaşında qəflətən dünyasını dəyişib.

 

“WAOW”un aparıcısı Neena Pacholkenin ölümü həm ailəsini, həm də həmkarlarını təəccübləndirib. Tampada böyüyən və Cənubi Florida Universitetində basketbol oynayan Pacholkenin böyük bacısı Kaitlynn Pacholke jurnalistlərə açıqlamasında aparıcının intihar etdiyini söyləyib:

 

“İnsanın nələr yaşadığını bilmək heç vaxt mümkün deyil. Bacımın təsəvvür edə biləcəyiniz hər bir mənbəyə çıxışı var idi. O, hamı tərəfindən sevilirdi, işində çox yaxşı idi. Sadəcə sevgi və pozitivlik saçırdı”.

Qeyd olunub ki, sözügedən aparıcı nişanlı idi.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR