“Rembo” 25 illik evliliyini bitirir: Boşanma sənədinin təfərrüatları

“Rembo” 25 illik evliliyini bitirir: Boşanma sənədinin təfərrüatları

“Rembo” və “Rokki” filmləri ilə kinosevərlərin yaddaşına həkk olunan Silvestr Stallone və həyat yoldaşı Cennifer Flavin boşanmağa hazırlaşır.

 

Sfera.az bildirir ki, 25 ildir evli olan 3 uşaqlı cütlüyün evliliyinə son qoyan addımın Flavin tərəfindən atıldığı qeyd olunub.

 

Flavin Stalloneyə qarşı boşanmaq üçün məhkəməyə müraciət edib. Üç qızı olan Stallone və Flavin Hollivudun ən xoşbəxt cütlüklərindən sayılırdı. Lakin bu vəziyyətin ilk əlamətləri ötən gün ortaya çıxıb. Belə ki, 76 yaşlı Stallonenin qolundakı həyat yoldaşının üzünü əks etdirən döyməni iti Butkusun üzü ilə əvəz etməsi diqqət çəkib. Stallonenin özündən 25 yaş kiçik həyat yoldaşı Cennifer Flavin də İnstaqram səhifəsində aralarında anlaşmazlığın olduğunu qeyd edib.

 

Flavin üç qızı ilə çəkdirdiyi şəklini "Bu qızlar mənim prioritetimdir. Başqa heç nə önəmli deyil. Dördümüz əbədiyik",  şərhi ilə paylaşıb. Bu arada məlum olub ki, Flavin artıq İnstaqramda Stalloneni izləmir.

Boşanma sənədlərinə əsasən, Silvestr Stallone evlilik zamanı əldə etdiyi aktivləri qəsdən bölüşdürmək, istehlak etmək və ya israf etməkdə ittiham olunub. Yenə də bu sənədlərə görə,  Flavin boşanma prosesi zamanı ərinə mallarını satmaq, köçürmək və ya bölüşdürməyin qadağan edilməsini tələb edib və rəsmi soyadının dəyişilməsini istəyib. 54 yaşlı Cennifer “People” jurnalına açıqlamasında, "25 illik evliliyimdən sonra Sylvester Stallone ilə boşanmaq üçün ərizə verdiyimi təəssüflə elan edirəm. Biz artıq ailə olmaycağıq,  amma 30 ildən çox davam edən münasibətimizi həmişə qoruyacam”, deyə bildirib.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR