Bu məşhurların suları kəsiləcək: 2 min dollarlıq cərimə ödəyənlər var - FOTO

ABŞ-da bir sıra məşhurların mənzillərində sular kəsiləcək.
Sfera.az bildirir ki, buna səbəb kimi Kaliforniya əyalətində quraqlıq səbəbiylə tətbiq edilən su məhdudiyyətinə həmin şəxslərin əməl etməməsi göstərilib.Belə ki, Kaliforniyanın “Aqoura Hills”, “Westlake Village”, “Calabasas” və “Hidden Hills” bölgələrində Kim Kardaşyan, Silvestr Stallone, Kevin Hart və Dvayn Ved də daxil olmaqla 2000-dən çox dəbdəbəli malikanə sahibinin məhdudiyyətləri gözardı etdiyi bildirilib.
Qeydlərə görə, Kim Kardaşyan məhdudiyyətlərin tətbiq olunmağa başladığı ötən ilin sonundan bəri dəfələrlə sudan istifadə hüququnu 150 faiz üstələyib. 878 min litr artıq su istifadə edən Kim Kardaşyanın 2 min 325 dollar cərimə ödədiyi bildirilib. Məşhur aktyor Silvestr Stallone də 870 min litr, komediya ustası Kevin Hart isə 442 min litr həddindən artıq dozada su istifadə edib. Las Virgenes Bələdiyyəsi Su İdarəsi, hüquqlarını daim aşan yaşayış evlərinin sahiblərinin əvvəlcə cərimələndiyini, pozuntu davam edərsə, suyun kəsiləcəyini açıqlayıb. Rəsmilər 20-dən çox yaşayış məntəqəsinin su klapanlarının möhürləndiyini vurğulayıblar.
Türkan,
Sfera.az