Logo

"Sinifdə tək ərəb idim, mənə lağ edirdilər" - Məşhur model

"Sinifdə tək ərəb idim, mənə lağ edirdilər" - Məşhur model
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ramy" serialında rol almağa hazırlaşan dünyaca məşhur model Bella Hadid müsəlman mədəniyyətində yaşamaq istədiyini bildirib.

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, fələstinli model uşaqlıq illərində buna görə lağa qoyulduğunu deyib:

"Böyüyərkən hər gün atamla birgə yaşamağı və müsəlmanların mədəniyyətini öyrənməyi çox istəyirdim, amma bu şans mənə verilmədi. Kiçik yaşlarımda ailəmin fələstinli tərəfiylə yaşayırdım. Daha sonra valideyinlərim boşandı və anam bizi Kaliforniyaya apardı. Sinifdə tək ərəb idim, mənə lağ edirdilər. İrqçi ləqəblərlə səslənirdilər. Özümü çox tək və məyus hiss edirdim. Həyatımdakı bir hissəni itirdim.

Ramazan ayında rəfiqəmin yanına gedib onunla birgə namaz qılmışdım. Yaşadığım ən gözəl anlardan biri idi".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR