Məşhur aktrisa ağır qəza keçirdi: Əvvəlcə maşınını qarajın qapısına çırpdı, ardınca..

Məşhur aktrisa ağır qəza keçirdi: Əvvəlcə maşınını qarajın qapısına çırpdı, ardınca..

Məşhur amerikalı aktrisa Anna Hek ağır qəza keçirib.



Sfera.az bildirir ki, hadisə Los Ancelesdə baş verib. Belə ki, 53 yaşlı ulduzun avtomobili evinin qarajının qapısına çırpılıb. Ardınca avtomobil yanmağa başlayıb və Anna ağır yaralanıb. Qeyd olunub ki, aktrisa bu qəzadan əvvəl də avtomobilini çox sürətlə idarə edib və bir neçə dəfə başqa yerlərə çırpılaraq yol kameralarına düşüb.



Digər tərəfdən hadisədən saatlar əvvəl Annanın avtomobilində içki şüşəsi ilə görünməsi sual işarəsi yaradıb. ABŞ televiziyaları hadisə yerindən canlı yayım edib, “Fox11 LA” kanalı isə məşhurun təcili yardıma mindirildiyi anı lentə alıb.



Qeyd edək ki, zaman-zaman psixi problemlərinin olduğunu etiraf edən aktrisa Anna oynadığı bir çox Hollivud filmləri ilə yanaşı, son illərdə rəqəmsal platformalar üçün çəkilmiş seriallarda da rol alıb.


Türkan


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...