Xoşqədəm Doğuşa: " Həyat mənimçün zülmətə bürünür"

Xoşqədəm Doğuşa:
Ailəsindən uzaqda olan aparıcı Xoşqədəm Hidayətqızı onlarsız darıxdığını dilə gətirib.

BiG.AZ xəbər verir ki, "Səni axtarıram” verilişinin çəkilişləri ilə əlaqədar xaricdə olan aparıcı sosial şəbəkədə bunları yazıb: 

"Həyat sevdiklərimizlə gözəldir. Ailəmdən, övladlarımdan uzaq qalarkən, həyat mənim üçün zülmətə bürünür. Yorğun iş günündən sonra hüzurlu, xoşbəxt olacağım yer kaş bura ola bilərdi. Gözəl ailəm, yaxınlarım, övladlarım olmayan heç bir məkan mənə hüzur verə bilməz. Yaxınlarınızı qoruyun, sevin. Kimsənin qəlbini qırmayın, sizi incidənləri Allaha həvalə edin. Qəlbinizdəki kini silib atın. Sizə pislik edənlərə isə yaxşılıq edin. Allah görən və biləndir”.

Qeyd edək ki, türkiyəli müğənni Doğuşla ailə həyatı quran aparıcının əkiz oğlanları dünyaya gəlib.

OXŞAR XƏBƏRLƏR