“Miss Rusiya”nın qalibi dəbdəbəli həyatı ilə izləyicilərin dilinə düşdü - FOTOLAR

Moskvada “Miss Rusiya” müsabiqəsinin finalı baş tutub.
Sfera.az xəbər verir ki, bu titula 22 yaşlı Anna Linnikova layiq görülüb.
Qız Orenburqda doğulub boya-başa çatıb, lakin hazırda Sankt-Peterburqda yaşayır və burada İdarəetmə Texnologiyaları və İqtisadiyyat Universitetinin ikinci kurs tələbəsidir. İki ildən sonra Anna PR mütəxəssisi diplomu alacaq. Linnikov beş ildir ki, modellik biznesindədir, buna görə də “Miss Rusiya” müsabiqəsi karyerasında yeni mərhələ olub.
Sosial şəbəkə əhli Annanı dəbdəbəli həyat tərzi keçirdiyi üçün müzakirə predmetinə çeviriblər.
A.Linnikova, tez-tez Maldiv adaları və Meksika kimi bahalı kurortlara səyahətlərindən fotolar paylaşır. Şəkilləri diqqətlə sezəndə ortalığa dəbdəbəli çantalar, ayaqqabılar və saysız-hesabsız gül dəstələri göz önünə keçir.